Bu ilin yanvar-iyul aylarında 43 mindən çox vətəndaş hava yolu ilə Ermənistanı tərk edib.
Bu barədə ölkənin Mülki Aviasiya Komitəsinin məlumatlarında yer alıb.
Məlumatlara əsasən, yalnızca paytaxt İrəvanın “Zvartnots” beynəlxalq hava limanından 515 849 nəfər ölkəni tərk edib və 27 016 vətəndaş geri qayıtmayıb.
Bununla yanaşı, bu il “Şirak” hava limanından xaricə uçmuş 42 141 vətəndaşın 16 023-ü geri qayıtmayıb.
Ermənistan KİV-nin məlumatına görə, ölkəni tərk etmək üçün hava yolundan istifadə edən vətəndaşların sayı onu birdəfəlik qaydada tərk edənlərin ümumi sayını təşkil etmir. Belə ki, əksər vətəndaşlar quru yolla səfər etməyə daha çox üstünlük verir.
Tehsil-press.az