Formula 1 komandaları bu gündən Azərbaycanı tərk edir, yükləri isə...

Formula 1 komandaları bu gündən Azərbaycanı tərk edir, yükləri isə... Bakıda Formula 1 Azərbaycan Qran Prisində iştirak edən komandalar artıq ölkəmizi tərk etməyə başlayıblar.
Bunu Tehsil-press.az-a Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
O bildirib ki, yarış bitəndən sonra, növbəti gün komandalar ölkəni tərk edirlər.
Komandaların yüklərinin və avadanlıqlarının daşınmasına gəlincə, N.Arpadarai qeyd edib ki, adətən, yarış bitən kimi avadanlıqların yığılmasına başlanılır və bir-iki gün ərzində artıq ölkədən aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər