Rusiyalıların neçə faizi ölkədən getmək isəyir?

Rusiyalıların neçə faizi ölkədən getmək isəyir? İctimai rəy üzrə ixtisaslaşan Gellap İnstitutu (ABŞ) rusiyalılar arasında sorğu keçirib. Respondentlərə “İmkanınız olsa, daimi yaşayış üçün başqa ölkəyə getmək istərdinizmi” sualı verilib.
Sorğu respondentlərin 20%-nin Rusiyanı tərk etmək istədiyini üzə çıxarıb. Bunun 2007-ci ildən bəri ən yüksək göstərici olduğu vurğulanır.
2018-ci ildə rusiyalıların 17%-i ölkəni tərk etmək istədiyini bildirib.
2014-cü ildə analoji göstərici 7% olub.
Yeni sorğu göstərib ki, xaricə köçmək istəyənlərin 44%-i 15-49 yaş arası şəxslərdir.
30-45 yaş arası respondentlərin 22%-i, 46-60 yaşlı sorğu iştirakçılarının 9%-i ölkədən getməyi arzulayır.
Sorğu ölkəni tərk etmək istəyən respondentlərin 40%-nin yaşamaq üçün Avropa İttifaqı ölkələrinə getmək istədiyini göstərib. 15% Almaniyanı, 12% ABŞ-ı, 5% İspaniya, Yaponiya və Kanadanı, 4% Fransanı məskən seçmək istəyərdi.

Tehsil-press.az

Oxşar xəbərlər