“Yeni Klinika”da vaksin vurdurmaq istəyənlərin nəzərinə

“Yeni Klinika”da vaksin vurdurmaq istəyənlərin nəzərinə Sabahdan “Yeni Klinika”da canlı növbə randevu ilə əvəz ediləcək.
COVID-19-la mübarizə tədbirləri çərçivəsində vaksinasiya prosesinin surətləndirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə 16 iyul 2021-ci il tarixdən “Yeni Klinika” tibb mərkəzində canlı növbə əsasında peyvəndlənmə prosesinə başlanılıb:
“Son günlər virusa yoluxma sayında artımın müşahidə edilməsi,eyni zamanda canlı növbələr zamanı yaranan sıxlıqlar nəzərə alınaraq, sabahdan etibarən canlı növbə randevu sistemi ilə əvəz ediləcək.
Vətəndaşlar sabahdan rendevu.its.gov.az saytına daxil olaraq öncədən qeydiyyatdan keçməklə “Yeni Klinika” tibb mərkəzində peyvənd olunmaq üçün (“Coronovac” və “Pfizer”) növbə götürə bilərlər.
Qeyd olunanları nəzərə alaraq peyvənd olunmaq üçün yalnız rendevu.its.gov.az saytından növbə götürərək tibb müəssisəsinə müraciət etməyinizi xahiş edirik”.

Tehsil-press.az



Oxşar xəbərlər