“65 yaşdan yuxarı şəxslərin vaksinasiyası davam etdirilir” - TƏBİB

“65 yaşdan yuxarı şəxslərin vaksinasiyası davam etdirilir” - TƏBİB Fevralın 8-dən başlanan 65 yaşdan yuxarı vətəndaşlar üçün vaksinasiya prosesi davam etdirilir.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, ölkəmizdə COVID-19-a qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb:
“Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb.Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib.
Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli sərəncamına əsasən, pandemiya ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi,İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB birgə fəaliyyət göstərir.
Vaksinasiya prosesinin optimallaşması məqsədilə Bakı şəhərində proses Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında TƏBİB tərəfindən həyata keçirilir”.
Qeyd edək ki, peyvəndlənmə prosesinə yanvarın 18-dən etibarən başlanılıb və ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsi həyata keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər