Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb

Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb Hollandiyada evtanaziya yolu ilə həyatına son qoymaq istəyənlərin sayı artıb.
59 nəfərin işlədiyi Həyatın Sonu Klinikasına (“Levenseindekliniek”) evtanaziya üçün tələb çoxalıb.
Hazırda klinikada ölmək üçün növbə gözləyənlər var. Klinikadan bildirilib ki, evtanaziya üçün müraciət edənlərin boş yerə gözləməsinin qarşısını almaq üçün onlarla yeni həkim və psixoloq işə götürüləcək.

Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb

Məlumata görə, ötən il dözülməz ağrılardan əziyyət çəkən və yaxşılaşmaq ümidi olmayan 1800-dən çox xəstə evtanaziya üçün müraciət edib. Bu rəqəm 2017-ci ilin ilk 9 ayı ərzində isə 1862 nəfər olub. İlin sonuna qədər müraciətlərin 2500-ə çatacağı bildirilir.
Qeyd edək ki, bir çox ölkədə qadağan edilən evtanaziya, Hollandiyada 2002-ci ildən etibarən qanuniləşib.

Tehsil-press.az



Oxşar xəbərlər