Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) cari tədris ilindən bəzi ixtisaslar üzrə ingilis bölməsi yaradılıb. İlk dəfə olaraq magistratura səviyyəsində təhsil üzrə MBA (Təhsilin təşkili və idarə edilməsi), təlim və tədrisin təşkili və metodikası üzrə “SABAH Magistratura” və gənclərlə iş ixtisaslaşmaları üzrə mütəxəssis hazırlığına başlanılır. Fizika, texnologiya, riyaziyyat, informatika, kimya və biologiya müəllimliyi ixtisaslarında STEAM bacarıqları olan yeni nəsil müəllimlərin hazırlanması yönündə iş aparılır.
ADPU-da STEAM laboratoriyası yaradılıb, seçilmiş professor-müəllim heyətinə Təhsil İnstitutu ilə birlikdə müvafiq təlimlər keçirilib və yeni tədris ilindən STEAM fənni tədris ediləcək. Həmçinin inklüziv təhsil yanaşmasının geniş tətbiqinə və müvafiq ixtisaslarda inklüziv təhsil fənninin tədrisinə başlanılır.
Tehsil-press.az