Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi ilə əlaqədar universitet rəhbərliyi ölkənin aparıcı media qurumlarının nümayəndələri ilə görüş keçirib.
Görüşün məqsədi media qurumlarını ölkənin yeganə ixtisaslaşmış pedaqoji ali təhsil müəssisəsinin 100 illiyi ilə bağlı görülən işlər, universitetdə tətbiq edilən yeniliklər və qarşıda duran vəzifələrlə tanış etmək, bu sahədə kütləvi informasiya vasitələri ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət imkanlarını müzakirə etməkdir.
İlk olaraq bu yaxınlarda Kəlbəcərdə vəzifə borclarını icra edərkən şəhid olan jurnalistlərimiz - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında ADPU-nun zəngin və məhsuldar inkişaf yoluna xüsusi qiymət verildiyini diqqətə çatdırıb. Son illər ərzində ali təhsil müəssisəsində bu istiqamətdə görülən işlərdən və aparılan islahatlardan, əldə olunan nəticələrdən danışan rektor hər bir sahədə olduğu kimi pedaqoji təhsilin inkişafında da cəmiyyətin güzgüsü olan medianın rolunu vurğulayıb, təhsil jurnalistikasının ali təhsilin inkişafı ilə qarşılıqlı əlaqədə olduğunu bildirib.
Rektor bildirib ki, aparılan ardıcıl islahatlar nəticəsində ötən il universitetdə pedaqoji ali təhsilin bütünlükdə tədris proqramı və planları yenidən işlənərək təsdiq olunub, bütün pedaqoji ixtisaslarda inklüziv təhsil və STEM fənlərinin tədrisinə başlanılıb, artıq 2021-2022-ci tədris ilinin qəbul planına bakalavriat pilləsində ADPU və filiallar üzrə yeni ixtisaslar daxil edilib, ilk dəfə bu ildən riyaziyyat müəllimliyi və ibtidai sinif müəllimliyi ixtisasları üzrə ingilis bölməsi üzrə də qəbul aparılacaq. Bu vaxta qədər ADPU-da Azərbaycan və rus bölmələri fəaliyyət göstərirdi. İlk dəfə magistratura üzrə pedaqogika ixtisaslaşması üzrə “SABAH” magistraturası və MBA ixtisaslaşması üzrə qəbul aparılacaq. Artıq ötən ildən etibarən ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə magistratura səviyyəsində təhsil ixtisası üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramına bu il də dövlət hesabına qəbul həyata keçiriləcək.
Həmçinin son 1 il yarımda koronavirus pandemiyası səbəbindən təhsilin tamamən distant formata keçirilməsi ilə bağlı ADPU da öz imkanları çərçivəsində olduqca adekvat reaksiya göstərib və təhsilin fasiləsizliyini təmin edib.
Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev yubileylə bağlı görülən işlər haqqında qısa təqdimatla çıxış edib. Media nümayəndələrinə universitetin 100 illiyi münasibətilə nəşr olunan çap məhsullarının siqnal nüsxələri təqdim olunub.
Sonra ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanan ADPU tanıtım filmi nümayiş olunub.
Daha sonra jurnalistlərin sualları əsasında pedaqoji təhsilin inkişafı və yeniliklərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələrdə müvafiq olaraq universitetin rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov Vətən müharibəsi iştirakçıları olan tələbələrə qayğı, işğaldan azad olunan bölgələrdə təhsil quruculuğunda Pedaqoji Universitetin rolu, yeni dövrün təhsil trendləri, bakalavriat, magistratura səviyyəsində tətbiq edilən yeniliklərlə bağlı jurnalistlərin suallarını cavablandırıblar.
Tehsil-press.az