BSU-nun “İnklüziv təhsilə dəstək” startap qrupu seminarlara start verir

BSU-nun “İnklüziv təhsilə dəstək” startap qrupu seminarlara start verir İnnovativ və yeni düşüncəli startapların yaradılması və fəaliyyətinin stimullaşdırılması hər bir uğurlu ali təhsil müəssisəsi üçün gələcəyə hesablanmış strateji hədəflərdən hesab olunur. Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın “Universitet üzrə startap qruplarının işinin təşkili və innovativ fəaliyyətin dəstəklənməsi tədbirləri barədə” əmrini rəhbər tutaraq, Məktəbəqədər və ibtidai təhsil fakültəsinin İbtidai təhsil kafedrasının nəzdində startapçı müəllimlərin təşəbbüslərinin dəstəklənməsinə yönələn “İnklüziv təhsilə dəstək” startap qrupu yaradılıb.
Startap qrupunun məqsədi inklüziv təhsil siyasətinin həyata keçirilməsi, tələbələrin bu sahədə zəruri bilik, bacarıq və səriştə qazanması, həmçinin inklüziv təhsil üzrə həm nəzəri, həm də praktik baxımdan peşəkar müəllimlərin hazırlanmasını təmin etmək, təhsilə müasir yanaşmaların və yeni fənn proqramlarının uğurlu tətbiqinə nail olmaq, yaradıcı pedaqoji kadrlar hazırlamaqdır.
İyunun 21-dən 23-dək “İnklüziv təhsilə dəstək” startap qrupu BSU-nun TLC Mərkəzində seminarlara start verir. Belə ki, qrupun startapçıları, İbtidai təhsil kafedrasının müəllimləri Sevinc Qarayeva və Arzu Məmmədova tərəfindən məktəbəqədər təhsil, ibtidai sinif müəllimliyi ixtisasları üzrə təhsil alan buraxılış ili tələbələri üçün “İnklüziv təhsil: gələcəyə aparan yol” devizi ilə üçgünlük təlimin keçirilməsi nəzərdə tutulub.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər