Yeni tədris ilindən etibarən 9-cu siniflərdə Zəfər tarixi fənninin tədrisinə başlanılacaq

Yeni tədris ilindən etibarən 9-cu siniflərdə Zəfər tarixi fənninin tədrisinə başlanılacaq Yeni tədris ilindən etibarən ümumtəhsil məktəblərinin 9-cu siniflərində Zəfər tarixi fənninin tədrisinə başlanılacaq. Bunun üçün artıq dərslik hazırlanır.
Bu barədə “Qalib müəllim” videohekayə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində jurnalistlərə müsahibəsində təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, 9-cu siniflərdə tədris olunacaq Zəfər tarixi fənni əvvəllər 8-ci sinifdə tədris olunan Qarabağ tarixi fənnini əvəz edəcək. Zəfər tarixi fənnində şagirdlərə Birinci Qarabağ müharibəsi və zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi haqqında məlumat veriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər