ADPU-nun tələbələri üçün “STEAM” təlimləri keçirilib

ADPU-nun tələbələri üçün “STEAM” təlimləri keçirilib Təhsil Nazirliyi tərəfindən başlanılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika müəllimliyi fakültəsinin tələbələri üçün “STEAM” təlimləri keçirilib.
Təlimlər zamanı iştirakçılara “STEAM” metodologiyaları, 3D modelləşdirmə və çap, birplatalı platformalarda kodlaşdırma (Micro:bit) modulları öyrədilib.
Təlimləri beynəlxalq və yerli sertifikatlara malik, İsraildə və Azərbaycanda bir sıra təlimlərdə iştirak etmiş təlimçilər aparıb. Ümumilikdə 25 tələbənin iştirakı ilə keçirilən təlimlərin yeni modullar üzrə davam etdirilməsi planlaşdırılır. Bütün iştirakçılar təlimləri müvəffəqiyyətlə bitirib və onlara təlimlərdə iştirak ilə bağlı sertifikat veriləcək.
Qeyd edək ki, yay aylarında təlimlərdə iştirak edən tələbələr üçün təcrübə proqramı təşkil olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər