ABŞ “Taliban”a qarşı sankiyaları ləğv edib?

ABŞ “Taliban”a qarşı sankiyaları ləğv edib? “Taliban”a qarşı tətbiq olunan sanksiyaların yumşaldılması müzakirəyə çıxarılmayıb. “Taliban” hərəkətlərinə görə dəyərləndiriləcək”.
Bunu Ağ Evin sözçüsü Cen Psaki ABŞ-ın Əfqanıstanda bankçılıq sisteminin çökməməsi üçün “Taliban”a tətbiq olunan sanksiyaların ləğvinin düşünülüb-düşünülmədiyi ilə bağlı suala cavabında deyib.
“Əfqanıstanla bağlı nələr ediləcəyinə baxırıq. Ancaq indi “Taliban”a tətbiq olunan sanksiyaların ləğvi gündəmdə deyil. “Taliban” liderlərinə qarşı sanksiyalar, ya da təşkilatın beynəlxalq maliyyə sistemlərinə əlçatanlığına tətbiq etdiyimiz məhdudiyyətlərdə bir dəyişiklik yoxdur.
“Biz “Taliban”ı hərəkətlərinə görə mühakimə edəcəyik, atılacaq addımlar məsələsində beynəlxalq ictimaiyyətlə yaxın əməkdaşlıq edəcəyik”, - o vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər