Əfqanıstanın bir sıra iri şəhərlərinin qısa zamanda “Taliban”ın nəzarətinə keçməsi hərəkatın ölkə xalqı arasında dəstəklənməsindən xəbər verir.
Bu barədə hərəkatın siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim “Al Jazeera” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, əfqan əyalətləri könüllü olaraq taliblərin hakimiyyətini qəbul edirlər, heç bir güc tətbiqi yoxdur.
“Əfqanıstan xalqı bizimlə olmaq istəyir və bizi alqışlayır, ölkənin böyük şəhərlərinin sürətlə təslim olması buna sübutdur”, - Naim deyib.
Taliblərin siyasi ofisinin spikeri qeyd edib ki, hərəkat hakimiyyətə gələndən sonra bütün ölkələrlə balanslaşdırılmış münasibətlər yaratmaq niyyətindədir, “Taliban”ın qonşu ölkələrlə problemləri yoxdur.
“Biz siyasi yol üçün qapını bağlamayacağıq. Biz Dohada keçirilən görüşdə siyasi baxışımızı təqdim etdik”, - o əlavə edib.
Tehsil-press.az