Təhsil Nazirliyi: Vətəndaşların qəbulu noyabrın 1-dək dayandırılıb

Təhsil Nazirliyi: Vətəndaşların qəbulu noyabrın 1-dək dayandırılıb Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci il noyabrın 1-dək fəaliyyətini dayandırıb.
Bununla yanaşı, mövcud pandemiya şəraitində nazirlik tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılır və bu sahənin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.
Fevralın 15-dən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoformatda təşkil edilir. Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən “Videoqəbul” bölməsi vasitəsilə və ya “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.
Qeyd edək ki, Təhsil Nazirliyinin strukturuna daxil olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən də sentyabrın 6-dan vətəndaşların qəbulu videoqəbul formatında keçiriləcək. Videoqəbulların keçirilməsində məqsəd TKTA tərəfindən göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsi və vətəndaşların rahatlığının təmin olunmasıdır. Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər