Təhsil Nazirliyi: Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinləri üçün videoqəbul təşkil olunacaq

Təhsil Nazirliyi: Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinləri üçün videoqəbul təşkil olunacaq Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iyunun 11-də saat 16:00-da Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinlərinin canlı videobağlantı (videoqəbul) vasitəsilə dinləyəcək. Videoqəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Videoqəbula yazılmaq istəyən vətəndaşlar iyunun 10-u saat 18:00-dək bu qurumun Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edərək, nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olaraq (http://edu.gov.az/az/contacts/request) və ya 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 7) müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı ilə birbaşa əlaqə imkanı yaratmaqdır.
Qaydalara əsasən, videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda üçdən artıq şəxsin birlikdə iştirakına icazə verilmir. Videoqəbul zamanı bir müraciət üçün maksimum müəyyən edilmiş vaxt 15 dəqiqədir.

Tehsil-press.az

Oxşar xəbərlər