Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı aparılıb

Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı aparılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə xarici dil imtahanını müvəffəqiyyətlə vermiş iddiaçılar üçün qəbul imtahanı avqustun 3-də davam edib.
Fəlsəfə imtahanında Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ADNSU ilə yanaşı, 5 ali təhsil müəssisəsindən - Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən namizədlər iştirak ediblər.
İxtisas üzrə imtahanlar sentyabrın 9-10-da keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər