Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçiriləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçiriləcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanı keçiriləcək.
Artıq universitetdə hazırlıq işləri görülüb. Belə ki, imtahan koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdiyindən qabaqlayıcı dezinfeksiya tədbirləri həyata keçirilib. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş bütün zəruri göstərişlər nəzərə alınaraq imtahan keçiriləcək auditoriyalar dərmanlanıb, giriş, çıxış və bütün oturacaqlar dezinfeksiya olunub.
Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq imtahanda ADNSU da daxil olmaqla martın 2-də 3 ali təhsil müəssisəsindən 69 namizəd iştirak edəcək. Növbəti iş günü - martın 3-də isə digər 3 ali təhsil müəssisəsindən 75 namizəd fəlsəfə fənnindən imtahan verəcək. İmtahanlara Dövlət İmtahan Mərkəzində xarici dildən 25-dən yuxarı bal toplayan namizədlər iştirak edəcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər