Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahanda bu ali təhsil ocağı ilə yanaşı Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetindən qeydə alınmış 69 namizəddən 67-si iştirak edib. Onlardan 4 nəfər qeyri-məqbul alıb, digərləri isə imtahanı uğurla veriblər. Nəticələr 7 nəfərdən ibarət komissiya tərəfindən qiymətləndirilib.
İmtahan zamanı ADNSU-nun rektoru, professor Mustafa Babanlı imtahan keçirilən auditoriyaya gələrək gələcəyin alimlərinə tövsiyələrini verib, hər birisinə uğurlar arzu edib.
Universitetdə imtahan üçün hər bir şərait yaradılıb. İmtahan koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdiyindən öncədən qabaqlayıcı dezinfeksiya tədbirləri həyata keçirilib. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş bütün zəruri göstərişlər nəzərə alınaraq imtahan prosesi baş tutub.
Qeyd edək ki, fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanı martın 3-də də keçiriləcək. Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq bu dəfə Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən qeydə alınmış və doktoranturaya qəbul imtahanında birinci mərhələdən uğurla keçmiş (xarici dildən 25-dən yuxarı bal toplayan) 75 namizəd fəlsəfə fənnindən imtahan verəcək.

Tehsil-press.az



Oxşar xəbərlər