İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul imtahanı keçirilib

İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul imtahanı keçirilib İqtisadiyyat İnstitutunda müvafiq ixtisas – iqtisadiyyat fənləri üzrə fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktoranturaya test üsulu ilə qəbul imtahanı keçirilib.
İmtahanda doktoranturaya qəbul üzrə ingilis dili və fəlsəfə imtahanlarından uğurla keçmiş 13 nəfər iştirak edib. Bütün iştirakçılar imtahanı müvəffəqiyyətlə verərək müsabiqəyə buraxılıblar. 2020-2021-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul üzrə 9 plan yeri ayrılıb. İmtahan komissiyası tərəfindən bütün imtahanların nəticələri nəzərə alınmaqla doktoranturaya qəbul olanların adları açıqlanacaq.
İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrlik etdiyi imtahan komissiyasına professor Gülşən Yüzbaşıyeva, iqtisad elmləri doktoru Fuad Qənbərov, dosentlər Allahyar Muradov, Leyli Allahverdiyeva və Gülsurə Mehdiyeva daxildir.

Tehsil-press.az

Oxşar xəbərlər