Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə xarici dil imtahanını müvəffəqiyyətlə vermiş iddiaçılar üçün qəbul imtahanı keçirilir.
Fəlsəfə fənni üzrə keçirilən imtahanda bu ali məktəbdən 50 namizəd iştirak edir.
Universitetin rektoru professor Mustafa Babanlı namizədlərə imtahanda müvəffəqiyyətlər arzulayıb.
Fəlsəfə imtahanında Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ADNSU ilə yanaşı, 5 ali təhsil müəssisəsindən - Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən namizədlər iştirak edirlər. İxtisas üzrə imtahanlar isə sentyabrın 9-10-da keçiriləcək.
Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun və eyni zamanda, şəffaf şəraitdə keçirilən imtahan 8 nəfərdən ibarət komissiya tərəfindən qiymətləndirilir. COVID-19-la əlaqədar olaraq imtahandan öncə qabaqlayıcı dezinfeksiya tədbirləri həyata keçirilib. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş bütün zəruri göstərişlər nəzərə alınaraq imtahan aparılır.
Qeyd edək ki, fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanı sentyabrın 3-də davam edəcək. Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən qeydə alınmış və doktoranturaya qəbul imtahanında birinci mərhələdən uğurla keçmiş (xarici dildən 25-dən yuxarı bal toplayan) 68 namizəd fəlsəfə fənnindən imtahan verəcək.
Tehsil-press.az