Rusiyanın Moskva vilayətində evdə partlayış olub.
Hadisə nəticəsində 5 nəfər yaralanıb.
Partlayış Noqinsk şəhərində 9 mərtəbəli binada yerləşən mənzildə baş verib.
Bununla yanaşı, partlayışa məhz qazın səbəb olduğu bildirilir.
***
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin verdiyi məlumata görə, partlayış nəticəsində 8 mənzil tamamilə dağılıb.
***
Partlayış nəticəsində 2 nəfər həlak olub. Bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə idarənin rəisinin köməkçisi Anna Tertiçnaya açıqlayıb. Onun sözlərinə görə, həlak olanlardan biri qadın, digəri isə kişidir.
***
Partlayış nəticəsində 24 mənzilə zərər dəyib. Ümumilikdə isə binadan 170-dən çox sakin təxliyyə olunub.
Hazırda dağıntılar altında qalanların olub-olmaması barədə dəqiq məlumat yoxdur.
***
Partlayış nəticəsində yaralananların sayı 8-ə yüksəlib.
***
Partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb. Xəsarət alanların 7-si xəstəxanaya yerləşdirilib.
***
Dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb. Bununla da partlayışda ölənlərin sayı 3-ə çatıb.
Tehsil-press.az