Rus nazir məşhur kinorejissoru xilas edərkən həlak olub

Rus nazir məşhur kinorejissoru xilas edərkən həlak olub Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin xidməti vəzifəsini yerinə yetirərkən həlak olmasının təfərrüatı açıqlanıb.
“Rossiya Seqodnya” və “Russia today”in baş redaktoru Marqarita Simonyan öz Telegram-kanalında bildirib ki, hadisə şahidləri Norilskdə keçirilən təlimlər zamanı Yevgeni Ziniçevin operatorla birgə suyun kənarında dayandıqlarını deyiblər.
Onların sözlərinə görə, bu zaman operatorun ayağı sürüşüb və suya düşüb. Bunu görən Ziniçev operatoru xilas etmək üçün dərhal suya atlayıb. İlkin məlumata görə, Ziniçev suda olan daşa çırpılaraq həlak olub.
Ziniçev məşhur operator və kinorejissor Aleksandr Melniki xilas edərkən həlak olub. Lakin bu məlumat hələ ki, rəsmi olaraq təsdiq olunmayıb.
Qeyd edək ki, Yevgeni Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.
***
Rusiyanın Fövqəladə Hallar Nazirliyi Ziniçevin məhz rejissor Aleksandr Melniki xilas edərkən həlak olmasını təsdiq edib.
***
Rusiyanın fövqəladə hallar naziri Yevgeni Zineçevin həlak olduğu yer məlum olub. Belə ki, insident Putoranski qoruğunun qərb hissəsində Kitabo-Oron şəlaləsində baş verib.

Tehsil-press.az


Oxşar xəbərlər