Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, MDBMİ Biznes və Beynəlxalq Səlahiyyətlər Məktəbi və ADA Universiteti tərəfindən birgə həyata keçirilən “МВА Finance” proqramının dinləyiciləri üçün ilk Moskva modulu açılıb.
İnkişaf üzrə prorektor - rektor aparatının rəhbəri Artyom Malgin ilk dinləyiciləri salamlayaraq, ADA Universiteti ilə ikili diplom proqramının bütün üstünlüklərindən, MDBMİ ilə Azərbaycanın aparıcı və ən müasir universitetlərindən biri ilə çoxillik əməkdaşlıqdan danışıb.
MDBMİ Biznes Məktəbinin direktoru Anjelika Mirzoyeva dinləyiciləri Biznes Məktəbi və onun əsasında həyata keçirilən magistr və biznes təhsili proqramları ilə tanış edib. “MBA Finance” proqramının elmi rəhbəri Vasili Tkaçyov MDBMİ-də tədris prosesinin təşkilindən və universitetin strukturundan, birinci modula daxil olan fənlərdən danışıb.
Bu modul çərçivəsində proqramın dinləyiciləri üçün korporativ maliyyə, İslam maliyyəsi, rəqəmsal maliyyə və FinTech kursları nəzərdə tutulub, praktik maliyyə və investisiya fəaliyyətləri ilə daha ətraflı tanış olmaları üçün onlara Rusiyanın ən böyük şirkətlərinə getmək imkanı yaradılacaq. Tədris hissəsi ilə yanaşı, dinləyiciləri Moskvanın muzeyləri və görməli yerləri üzrə zəngin mədəni proqramlar gözləyir.
Birinci modul zamanı “MBA Finance” dinləyiciləri “Sberbank”, “Rostelekom”, Beynəlxalq Ticarət Mərkəzi kimi şirkətlərə baş çəkəcək və Moskva Bölgəsi Regionun İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olacaqlar. Növbəti modulda Rusiya Dəmir Yolları, Rusiya Mərkəzi Bankı, Moskva Birjası, VTB və digər şirkətlərin maliyyə departamentləri ilə görüşəcəklər.
Modul sentyabrın 25-dək davam edəcək. Noyabr ayında MDBMİ proqramın dinləyicilərini ikinci modul üçün gözləyir.
Tehsil-press.az