Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun həmyerlimizin rəhbərlik etdiyi kafedrası 10 illiyini qeyd edir

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun həmyerlimizin rəhbərlik etdiyi kafedrası 10 illiyini qeyd edir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) təbiətdən istifadə və ekologiyanın beynəlxalq kompleks problemləri (TEBKP) kafedrasının yaradılmasının 10 ili tamam olur.
Kafedranın yaradılmasının təşəbbüskarlarından biri də bütün bu illər ərzində kafedraya rəhbərlik edən soydaşımız, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyevdir.
Kafedranın yubileyi ilə əlaqədar “MGIMO Journal”ın yeni sayında Ruslan Əliyevin müsahibəsi dərc olunub. Burada o kafedranın fəaliyyətindən bəhs edib.
Kafedranın təsisçilərinin fikrincə, beynəlxalq münasibətlərin ekoloji aspekti perspektivli, lakin hələ də yaxşı öyrənilməmiş tədqiqat sahəsidir. Gələcəkdə iqtisadi və ekoloji sahədə mütəxəssislərə tələb getdikcə artacaqdır.
Kafedranın məzunları dövlət orqanlarının ekoloji şöbələrində, dövlət şirkətlərinin ixtisaslaşmış departamentlərində, xarici kompaniyalarda çalışırlar.

Tehsil-press.az



Oxşar xəbərlər