Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstanda yaranmış vəziyyətlə əlaqədar həyəcan təbili çalıb.
ÜST baş direktoru Tedros Qebreyesus və təşkilatın Şərqi Aralıq dənizi Ofisinin rəhbəri Əhməd əl-Mandhari Əfqanıstanın səhiyyə sisteminin kollaps astanasında olduğuna dair xəbərdarlıq ediblər.
Əfqanıstana səfər edən ÜST-nin nümayəndə heyəti təcili şəkildə tədbirlərin görülməyəcəyi təqdirdə bu ölkədə ən qısa zamanda humanitar fəlakətin baş verəcəyini bildirib.
Qeyd edilib ki, avqust ayından bəri ölkədəki xəstəxanaların bir qismi bağlanıb, işçilərə maaş və tibbi ləvazimatlar üçün vəsaitlər çatışmır.
Vurğulanıb ki, ölkədə koronavirusa qarşı mübarizə aparan 39 klinikadan doqquzu artıq bağlanıb, getdikcə daha az insan virusa qarşı test və peyvənd edilir.
Hazırda ölkədə olan 1,8 milyon peyvənd dozası istifadə müddəti başa çatmamış təcili şəkildə tətbiq olunmalıdırlar. Digər tərəfdən isə kökü kəsilmiş poliomielit xəstəliyinin yenidən baş qaldırma təhlükəsi yaranıb, qızılcaya yoluxma halları isə artmaqdadır.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri bildiriblər ki, ÜST öz tərəfdaşları ilə bütün ölkə boyu evbəev gəzərək insanları poliomielit, qızılca və koronavirus kimi yoluxucu infeksiyalara qarşı peyvəndləməyə hazırdır.
Rəsmilərin sözlərinə görə, talibançılar Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra bu ölkəyə 170 tondan artıq tibbi material çatdırılıb. Bu yardımların davam etdirilməsi üçün beynəlxalq quruma qarşıdakı dörd ay ərzində 38 milyon ABŞ dolları vəsait lazımdır.
Tehsil-press.az