Əməkdar rəssam Zaur Kantemirov 79 yaşında dünyasını dəyişib.
Z. Kantemirov bu gün Bakıda Zığda yerləşən modul tipli xəstəxanada koronavirusdan vəfat edib.
S. Zülfüqarov qeyd edib ki, mərhumun koronavirusa yoluxmuş həyat yoldaşının müalicəsi isə davam etdirilir.
Qeyd edək ki, Z. Kantemirov 1942-ci il avqust ayının 28-də Bakıda dünyaya gəlib. Əməkdar rəssam çoxsaylı beynəlxalq, ümumittifaq və respublika sərgilərinin iştirakçısı və mükafatçısı olub. Həmçinin müstəqil Azərbaycanın ilk poçt markalarından birinin müəllifidir. Son illər şüşə materialını əsas hədəf götürərək fantastik layihələrə imza atıb. "Şüşə qəlbli" təxəllüsünü də elə bu işlərinə görə qazanıb.
Tehsil-press.az