Bakıda qadın 9 aylıq körpəsini qorumaq istədiyi üçün döyülüb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, qadın 9 aylıq körpəsini onu öldürmək istəyən ərindən qoruduğu üçün bu hala salınıb:
"Atacıq uşağı öldürməyə təşəbbüs göstərib. Sosial şəbəkədən məni tapıb, dərhal hadisə baş verən ərazi üzrə polis bölməsinə yönləndirdim. Təhqiqat başlanıb, amma kim qarant verə bilər ki, evə döndüyündə öldürülməyəcək? Evə dönə bilməz, qardaşı da öldürəcəyini deyib".
DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 29.09.2021-ci il tarixində vətəndaş L.İsgəndərova DİN-in "102" Xidməti Zəng Mərkəzinə zəng edərək qohumu S.nin həyat yoldaşı Səbuhi Bayramov tərəfindən döyüldüyünü bildirib:
"Daxil olan məlumatla bağlı Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində Abşeron rayonu Xırdalan şəhərində yaşayan zərərçəkən S. N.ın ərizəsi alınıb. O, ərizəsində 29.09.2021-ci ildə Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan bibisinin evində olan zaman həyat yoldaşı Səbuhi Bayramov saat 20:00 radələrində ora gəlib evdən ayrıldığı üçün onu döyərək bədən xəsarətləri yetirib. S. N.nın xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Səbuhi Bayramov saxlanılaraq 6-cı Polis Bölməsinə gətirilib. O, izahatında həyat yoldaşını döydüyünü etiraf edib.Təyin edilən ekspertizanin rəyindən sonra onun əməlinə hüquqi qiymət veriləcək".
Qeyd edək ki, zərərçəkən qadın polislərin nəzarəti ilə təhlükəsizlik tədbirləri çərçivəsində artıq sığınacağa yerləşdirilib. Həmçinin ailə Abşeron rayonunda yaşadığıdan onların profilaktik nəzarətə götürülməsi üçün Abşeron Rayon Polis İdarəsinə tapşırıq verilib.
Tehsil-press.az