Moldovanın Baş prokuroru Aleksandr Stoyanoqlo korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.
Bu barədə Moldovanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı Viktor Furtune məlumat verib.
Daha əvvəl ədliyyə naziri Sergey Litvinenko Stoyanoqlonun müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıldığını və korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı barəsində cinayət işi açıldığını bildirmişdi. Onun müavinləri də işdən çıxarılıb.
Cinayət işi çərçivəsində Stoyanoqlonun iş otağında axtarışlar aparılıb.
Tehsil-press.az