İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi İsrail hərbçilərinin Qarabağda olması haqqında iddiaları “böyük axmaqlıq” və fantaziya adlandırıb.
Səfir məsələ ilə bağlı sualı cavablandırarkən deyib:
“Mən hesab edirəm ki, bu böyük axmaqlıqdır. Dağlıq Qarabağdan danışırıqsa, orada həm rus, həm də türk hərbçilər var. Düşünürəm ki, xəyalları güclü olanlar hətta deyə bilərlər, bəlkə də Qarabağda marslılar da var”.
Qeyd edək ki, İranın bu iddiasına daha öncə Azərbaycan Prezidenti İlham Əliyev də cavab verib.
Dövlət başçısı bildirib:
“Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır.
Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.
Tehsil-press.az