İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana gerçəkləşən səfəri bəzi İran siyasətçilərinin böyük narazılığına və narahatlığına səbəb olub. Hətta İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Netanyahunun İranla Azərbaycan arasında münasibətləri korlamağa gəlməsi barədə fikir səsləndirib.
Lakin İran rəsmilərinin narahatlığına heç bir əsas yoxdur, hər şey onların fikirləşdiyindən və bəyan etdiyindən tamamilə fərqlidir. İsraillə Azərbaycan artıq uzun illərdir ki, həm enerji, həm də hərbi və digər sahələrdə səmərəli əməkdaşlıq edir və indiyə qədər hər hansı üçüncü ölkə bu əməkdaşlıqdan zərər görməyib. Bundan əlavə, Azərbaycanda əsrlərdir ki, böyük yəhudi icması dostluq və mehribanlıq şəraitində yaşayır.
Yəni Azərbaycanla İsrail arasında münasibətlərin tarixi kökləri var və hər hansı bir üçüncü ölkəyə qarşı yönəlməyib. Bu isə o deməkdir ki, bu gün Azərbaycanın İsraillə əməkdaşlığı heç kimi narahat etməməlidir və heç kimin də Azərbaycanın İsraillə əməkdaşlığına irad tutmağa haqqı və ixtiyarı yoxdur.
Azərbaycanla İsrail arasında əməkdaşlıq qarşılıqlı maraqlara söykənir. Azərbaycan neftinin böyük bir hissəsini İsrailə satır, eyni zamanda İsraildən müasir silahlar alır ki, bu da həm ordumuzun güclənməsinə, həm ölkəmizin müdafiə qabiliyyətinin artmasına səbəb olur. Azərbaycanla İsrail təhlükəsizlik sahəsində də səmərəli əməkdaşlıq edirlər. Belə olan halda Azərbaycan hansı səbəbdən İsraillə əməkdaşlıq etməməlidir?!
Düzdür, bu gün Azərbaycanın İranla də bir çox sahələrdə sıx əməkdaşlığı var, eyni zamanda iki ölkə arasında münasibətlərin qədim tarixi var və bu əlaqələr zaman keçdikcə daha da yaxşılaşır. Ancaq Azərbaycanla İsrail arasında münasibətlər iki ölkə arasında olan bir məsələdir və kənardan bu münasibətlərə təsir etmək cəhdi müstəqil bir ölkənin xarici siyasətinə müdaxilə cəhdidir və yolverilməzdir.
Digər tərəfdən isə Azərbaycan İsraillə münasibətləri inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil. Fələstinlə eyni ortaq coğrafiyanı, ortaq tarixi, ortaq mədəniyyəti, dili bölüşən İordaniya ilə İsrailin münasibətləri həmişə yüksək səviyyədə olub, bu ölkə əhalisinin əksəriyyətinin keçmiş fələstinlilər təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərə bilməyib. Eyni zamanda Azərbaycan İsrail-Fələstin mübahisəsinin həllinə töhfə verməyə çalışır.
İran rəsmiləri gərək Azərbaycan-İsrail münasibətlərinə dair bəyanat verəndə həm yuxarıda sadalanan amilləri nəzərə alsınlar, həm də İranın Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistana xoş münasibətinə və hərtərəfli dəstəyinə diqqət yetirsinlər. Bu gün Azərbaycanın İsraillə münasibətləri yox, məscidləri təhqir edib tövləyə çevirən Ermənistana İranın belə xoş münasibəti anlaşılan deyil. İranlı dostlarımız gərək əvvəlcə bu məsələ üzərində düşünsünlər, sonra Azərbaycan-İsrail münasibətləri haqqında danışsınlar.
Tehsil-press.az