“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovadan xahiş edirəm ki, bu məsələni nəzarətinə götürsün. Heç bir uşaq zorakılığa məruz qalmamalıdır. Mən əminəm ki, Bahar Muradova mütləq məsələnin həllində öz dəstəyini göstərəcək. Cinayət törətmiş şəxs qanunla cəzalanacaq”.
Bunu “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova gənc fəal Sənay Yağmurun öz xalası oğlu tərəfindən cinsi zorakılığa məruz qalması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O qeyd edib ki, zərərçəkmişin anası Zümrüd Yağmurun müraciətindən sonra bəzilərinin məsələyə eyhamlı yanaşması onu məyus edib:
“Biz insanların dünyagörüşü və baxışlarına görə onun zorakılığa məruz qalmasına göz yuma bilmərik. Baş vermiş zorakılıq faktına şübhə ilə yanaşmağa əsas görmürəm. Zorakılıq hadisəsi 16 yaşlı uşağın doğma bildiyi məkanda baş verib. O demir ki, məni hər hansı məmurun oğlu zorakılığa məruz qoyub. O deyir ki, bu, mənim doğma xalamın oğlu tərəfindən (baxın bibi oğlu demir ki, insanlar bunu hər hansı qisas kimi qəbul etsin) baş verib.
İkinci məsələ, Zümrüd Yağmur əlində ekspertizanın sənədinin olduğunu vurğulayır. Belə cinayətlərdə, ən vacib sübut ekspertizanın sənədidir. Zümrüd xanım deyir ki, hətta şəxsin özünün özünə xəsarət edib- etməməsi (yəni qondarma iş olmadığını) sübut edən ekspertiza sənədi olduğu halda niyə cinayəti törətmiş şəxs hələ də həbs edilməyib”.
Tehsil-press.az