Böyük Britaniyanın “Times Higher Education” jurnalının regional direktoru BDU-da seminar keçirib

Böyük Britaniyanın “Times Higher Education” jurnalının regional direktoru BDU-da seminar keçirib Bakı Dövlət Universitetində (BDU) Böyük Britaniyanın məşhur “Times Higher Education” (THE) jurnalının regional direktoru Lachyn İtalmazova seminar keçirib.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarda Bakı Dövlət Universiteti ilə yanaşı, ölkəmizin 15 ali təhsil müəssisəsinin nümayəndələri, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, BDU-nun rektoru Elçin Babayev, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov və struktur bölmələrin rəhbərləri iştirak ediblər.
Lachyn İtalmazova çıxışında dünyanın nüfuzlu “THE” reytinqində ali məktəblərin tanınması və onların reytinqinin davamlı inkişafı barədə məlumat verib, bu istiqamətdə öz tövsiyələrini verib. Sonra o, sualları cavablandırıb.
BDU-nun rektoru Elçin Babayev tədbirin təşkilinə görə Təhsil Nazirliyinə, maraqlı çıxışına görə Lachyn İtalmazovaya təşəkkürünü bildirib.
Xatırladırıq ki, “THE” jurnalının fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin reytinqini tərtib etmək, universitetlərin reytinqinin yüksəlməsi üçün tövsiyələr verməkdir. Jurnalın tərtib etdiyi siyahı dünyanın ən nüfuzlu reytinqlərindən hesab olunur. 2022-ci il üçün tərtib olunan reytinqdə Azərbaycan universitetləri arasında ilk dəfə olaraq BDU siyahıda yer alıb. BDU dünyanın siyahıya düşən universitetləri arasında reytinq sıralamasında 1201+, beynəlxalq reputasiyasına görə isə 864+ yerdə qərarlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər