Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Böyük Britaniyanın Quacquarelli Symonds (QS) konsaltinq şirkətinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Sergey Xristolyubov ilə görüşüb.
Görüşdə rektor E.Babayev universitetin yeni inkişaf strategiyasına uyğun olaraq aparılan islahatlar və layihələr barədə məlumat verib. O, Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması üçün kifayət qədər potensialının olduğunu və BDU-nun bu istiqamətdə də böyük uğurlar əldə etdiyini vurğulayıb.
Strateji hədəflərə nail olmaq və bu sahədə işlərin daha da təkmilləşdirilməsinin vacibliyini qeyd edən rektor Bakı Dövlət Universitetinin QS beynəlxalq reytinqində təmsil olunması ətrafında fikir mübadiləsi aparıb. E.Babayev milli və beynəlxalq işəgötürənlərlə əməkdaşlığa, yüksək təsir əmsalına malik elmi jurnallarda dərc olunan məqalələrin keyfiyyətinə və sayına, tələbə mobilliyinə, reytinqli universitetlərlə təcrübə mübadiləsinə diqqətin artırılmasının əhəmiyyətindən danışıb.
QS reytinqinin əsaslandığı meyarlar üzrə daha çox və keyfiyyətli informasiya verilməsinin vacibliyinə diqqəti yönəldən Sergey Xristolyubov universitetdə bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirib.
Qonaq universitetlərin QS reytinq cədvəlində yer alması meyarlarını ətraflı şəkildə açıqlayıb, siyahıya daxil olmaq üçün vacib olan müraciət formaları və şərtlər haqqında geniş məlumat verib. Bildirilib ki, QS reytinqi akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqaləyə istinadlara, xarici müəllim və tələbələrin, elmi dərəcəli kadrların, professor-müəllim heyətinin məqalələrinin sayına, işəgötürənlərin nüfuzuna, həmçinin internet resurslarının effektivliyinə görə müəyyənləşdirilir.
Əksər ölkələrdə universitetlərin beynəlxalq reytinqinin onların elmi fəaliyyəti, təhsili və beynəlmiləlləşməsi ilə ölçüldüyünü deyən S.Xristolyubov QS reytinqində məzunların işlə təmin olunması meyarına da ciddi önəm verildiyini qeyd edib.
Tehsil-press.az