Saakaşvili xəstəxanaya yerləşdirilmək istəyir

Saakaşvili xəstəxanaya yerləşdirilmək istəyir Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili xəstəxanaya yerləşdirilməyə hazırdır.
Bunu Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze deyib. O, siyasətçinin nə zaman xəstəxanaya yerləşdiriləcəyini bilmədiyini söyləyib:
“Saakaşvili xəstəxanaya yerləşdirilməyə hazırdır. Detallar səhiyyə və ədliyyə nazirlikləri ilə müzakirə olunacaq. Sabah, yaxud biri gün, onun nə zaman xəstəxanaya aparılacağını biləcəyik. Bununla belə, bu o demək deyil ki, Saakaşvili aclığı dayandırır”.
Kipşidze əlavə edib ki, Saakaşvilinin klinikada nə qədər qalacağı məlum deyil.

Tehsil-press.az

Oxşar xəbərlər