Saakaşvili Poroşenkoya barışıq məktubu göndərib

Saakaşvili Poroşenkoya barışıq məktubu göndərib Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili ölkə prezidenti Pyotr Poroşenkoya məktub göndərib.
Bu barədə yerli “1+1” telekanalı mənbələrinə əsasən məlumat yayıb.
Məlumata görə, Saakaşvilinin Poroşenkoya barışıq təklifi etdiyi iddia olunur.
“Poroşenkoya məktub artıq göndərilib. Mişa barışıq təklif edir”, - deyə məlumatda bildirilir.
M. Saakaşvilinin komandasından isə belə bir məlumatlarının olmadıqlarını bildirib.
Bundan əvvəl M.Saakaşvili P.Poroşenko ilə razılığa gəlməyin vacibliyini vurğulamışdı.

Təhsil-press.az

Oxşar xəbərlər