Poroşenkodan Saakaşvili haqda mühüm - Qərar

Poroşenkodan Saakaşvili haqda mühüm - Qərar Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum olunub.
Ukrayna Miqrasiya Xidmətinin yaydığı məlumatda bildirilir ki, M. Saakaşvili Ukraynadan vətəndaşlıq alarkən anketdə yalan məlumatlar qeyd edib.
Xatırladaq ki, Mixail Saakaşviliyə Ukrayna pasportu 2015-ci ilin mayında P. Poroşenkonun fərmanı əsasında təqdim olunmuş, dekabrda isə o, Gürcüstan vətəndaşlığından məhrum olunmuşdu.

Təhsil-press.az

Oxşar xəbərlər