Vakant inzibati vəzifələr üzrə daxili müsahibədə 61 nəfər uğur qazanıb

Vakant inzibati vəzifələr üzrə daxili müsahibədə 61 nəfər uğur qazanıb On doqquz dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə (89 vakant vəzifə) oktyabrın 7-də başlanan daxili müsahibə davam edir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib. Müsahibədə iştirak etmək üçün 169 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 15:30-dək olan məlumata görə, müsahibədə 61 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Daxili müsahibə oktyabrın 22-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər