Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələri üzrə ümumilikdə 22 dövlət orqanında vakant vəzifələrin tutulması üçün mayın 24-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Bu gün saat 12:55-dək olan məlumata görə, müsahibədə uğur qazanmış 209 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (33) və Dövlət Statistika Komitəsi (20) tərəfindən təqdim olunub. Müsahibədə iştirak üçün 2617 namizəd müraciət edib. Müsahibə sentyabrın 24-dək davam edəcək.
Tehsil-press.az