Dövlət qulluğu vəzifələri üzrə müsahibədə 138 nəfər uğur qazanıb

Dövlət qulluğu vəzifələri üzrə müsahibədə 138 nəfər uğur qazanıb Ümumilikdə 52 dövlət orqanında 250 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il dekabrın 10-da elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
DİM-in martın 21-i saat 12:10-a olan göstəricilərinə əsasən, müsahibədə 138 nəfər uğur qazanıb. Onlardan 27-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 20-si Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 17-si Şəki Apelyasiya, 11-i Bakı şəhəri Nizami Rayon məhkəməsində, digərləri isə müxtəlif dövlət orqanlarında vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 2006 nəfər sənəd verib. Müsahibə aprelin 16-da başa çatacaq.

Tehsil-press.az




Oxşar xəbərlər