Müsahibədə uğur qazanmış 261 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

Müsahibədə uğur qazanmış 261 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
Müsahibədə indiyədək 261 nəfər uğur qazanıb. Onlardan 173-ü Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 21-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3712 nəfər sənəd verib. Müsahibə avqustun 20-də başa çatacaq.

Tehsil-press.az

Oxşar xəbərlər