Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 82 namizəd uğur qazanıb

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 82 namizəd uğur qazanıb Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin B növünə aid olan ümumilikdə 31 dövlət orqanında 438 vakant vəzifənin tutulması üçün mayın 3-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (281) tərəfindən təqdim olunub. Bu günə olan məlumata görə, müsahibədə iştirak edənlərdən 82 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsində iştirak üçün 1559 nəfər müraciət edib.

Tehsil-press.az




Oxşar xəbərlər