Lisey və gimnaziyalarda diaqnostik qiymətləndirmə aparılıb

Lisey və gimnaziyalarda diaqnostik qiymətləndirmə aparılıb Təhsil İnstitutu tərəfindən Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalarda 5, 6, 7, 8 və 9-cu sinif şagirdlərini əhatə edən diaqnostik qiymətləndirmə təşkil olunub.
İmtahan zamanı 5-ci sinifdə 3 fənn üzrə 45 sual, 6-cı sinifdə 4 fənn üzrə 55 sual, 7-ci sinifdə 8 fənn üzrə 80 sual, 8 və 9-cu siniflərdə isə 9 fənn üzrə 90 sual təqdim olunub.
Diaqnostik qiymətləndirmə lisey və gimnaziyalarda təhsil alan şagirdlərin ötən tədris ilində öyrəndiklərini ölçmək məqsədilə aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər