Paytaxt məktəblərində diaqnostik qiymətləndirməyə start verilib

Paytaxt məktəblərində diaqnostik qiymətləndirməyə start verilib Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən V-IX siniflər üzrə diaqnostik qiymətləndirməyə start verilib.
Diaqnostik qiymətləndirmənin ilk günündə paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdləri biliklərini sınayıb. Diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.
Diaqnostik qiymətləndirmə riyaziyyat, xarici dil və tədris dili üzrə keçirilir. Şagirdlərə V siniflər üzrə ümumilikdə 30, VI-VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim edilib.
Qeyd edək ki, sualların cavablandırılması üçün V siniflərə 60, VI-VII siniflərə 90, VIII-IX siniflərə isə 120 dəqiqə vaxt verilib.

Tehsil-press.az


Oxşar xəbərlər