Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov feysbuk səhifəsində ali təhsillə bağlı növbəti paylaşım edib.
Paylaşımda işəgötürənlər tərəfindən hazırda daha çox tələb olunan kompetensiya məsələsinə toxunulub. Qeyd olunub ki, kompetensiya bu və ya digər işin görülməsi bacarığıdır. İşəgötürən üçün vacib olan iddiaçının diplomu deyil, onun işləmək bacarığıdır. Bu baxımdan bu gün məzunlara verilən diplom həmin bacarıqların göstəricisi deyil. Ona görə də düşünürük ki, gələcəkdə ali təhsil məzunlarının bacarıqlarını göstərən yeni sənədin verilməsinə ehtiyac var. Bu sənəd qeyri-akademik transkript ola bilər. Məzunlarda həmin bacarıqların qiymətləndirilməsi üçün əsas meyarların işəgötürənlərlə birgə hazırlanmasını məqsədəuyğun hesab edirik. Bacarıqların formalaşdırılması forma və metodlarının universitetlərin müstəsna səlahiyyətində saxlanılmasının vacibliyini qəbul edirik.
Tehsil-press.az