Ədalət Muradov: Bu il UNEC-də tələbə qəbul planında nəzərdə tutulmuş yerlərin 98,3 faizi dolub

Ədalət Muradov: Bu il UNEC-də tələbə qəbul planında nəzərdə tutulmuş yerlərin 98,3 faizi dolub Builki tələbə qəbulunun ilkin nəticələri göstərir ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qəbul planında nəzərdə tutulmuş yerlərin 98,3 faizi dolub.
Bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov feysbuk səhifəsində status paylaşıb.
“İnanırıq ki, boş qalan 1,8 faiz yer ikinci mərhələdə öz layiqli sahiblərini tapacaq. Tələbə adını qazanan hər bir gənci təbrik edir, UNEC-i seçən hər bir tələbəyə təşəkkür edirəm. UNEC-i seçənlərin bütün gözləntilərini doğrultmaq üçün həmişə olduğu kimi, bütün səylərimizi səfərbər edəcəyik. Tələbə adını qazanmış gənclərin valideynlərini təbrik edirik! Gözünüz aydın olsun! UNEC ailəsinə xoş gəlmisiniz, əziz birinci kurs tələbələri! Yolunuz açıq olsun...”, - deyə rektor qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər