Rektor: Ali təhsilin təşkilinin ən yeni forması multiuniversitetdir

Rektor: Ali təhsilin təşkilinin ən yeni forması multiuniversitetdir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov feysbukdakı səhifəsində Qarabağ Universiteti ilə bağlı paylaşım edib.
Rektor paylaşımda ali təhsilin təşkilinin ən yeni formasının multiuniversitet olduğunu bildirib.
Rektor qeyd edib ki, ali təhsilin təşkilinin ən yeni forması artıq tətbiq coğrafiyasını genişləndirir. Yeni olan bu forma multiuniversitetdir. Multiuniversitet həm müxtəlif universitetlərin (Qarabağ Universiteti timsalında ancaq xarici universitetlərin olması məqsədəuyğundur!) birgə layihəsi kimi və həm də müxtəlif təhsil pillələrini (peşə təhsili, kollec, universitet) özündə birləşdirən yeni bir sistemdir. Burada 1 illik, 2 illik və 4 illik proqramlar əsasında təhsil verilir və bu proqramların birindən digərinə keçid mümkün olur. Qarabağ Universitetinin yaradılması zamanı multiuniversitet modeli də müzakirə oluna bilər.

Tehsil-press.az


Oxşar xəbərlər