İcma əsaslı məktəbəqədər təhsil qruplarında çalışan tərbiyəçi-müəllimlərin erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə ikinci 108 saatlıq pedaqoji kursa start verilib.
Pedaqoji kurs 12 həftə ərzində yalnız həftəsonu Bakı, Ağcabədi, Cəlilabad, Lənkəran və Gəncədə keçiriləcək. Pedaqoji kursda yalnız öncədən qeydiyyatdan keçmiş, layihə çərçivəsində çalışan 155 tərbiyəçi-müəllim iştirak edəcək.
Qeyd edək ki, 108 saatlıq pedaqoji kurs Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə hazırlanıb.
Tehsil-press.az