“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində tərbiyəçi-müəllimlər təlimlərə cəlb olunacaq

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində tərbiyəçi-müəllimlər təlimlərə cəlb olunacaq Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində noyabrın 30-dək 50 rayon və şəhərdən 341 tərbiyəçi-müəllim Bakıda təlimlərə cəlb olunacaq.
Təlimlər həftəiçi 4 gün, hər bir qrupda 25 iştirakçı olmaqla gündəlik 2 qrup üzrə keçiriləcək.
Təlimlərin məqsədi 2021/2022-ci tədris ilində qruplarda çalışacaq yeni tərbiyəçi-müəllimlərin peşəkar inkişafını təmin etməkdir. Təlimlərdə tərbiyəçi-müəllimlər ilkin tibbi yardım, oxu vərdişləri, davranış pozğunluğu olan uşaqlarla iş, valideynlərlə iş, qiymətləndirmə, inklüziv təhsil, praktik oyunlar kimi müxtəlif mövzularda bilik və bacarıqlarını inkişaf etdirəcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər