Mobil telefonlar həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, mütəxəssislər onun istifadəsi zamanı ehtiyatlı olmağı məsləhət görürlər. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, nəinki mobil telefonlar, hətta evdəki vay-fay modemləri də orqanizmi şüalandırır.
Texnologiyaların buraxdığı şüa və radiodalğalar çox güclü olmasa da, müəyyən təsir gücünə malikdir. Buna baxmayaraq gecə yatmazdan əvvəl telefon və vay-fayı söndürmək tövsiyə olunur.
Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova deyib: “Depressiyaya meyilli olanlar xüsusilə ehtiyatlı olmalıdırlar. Onlar yuxuya gedərkən mobil cihazları ya söndürməli, ya da telefonları yataq otağından uzaqda saxlamalıdırlar. Sağlam olanlara isə həmin dalğalar daha az təsir göstərir. Hər hansı irsi, psixoloji xəstəliyi və depressiyası olanlara isə həmin dalğaların daha çox təsiri müşahidə edilir”.
Radiodalğalar bədəndə melotanin istehsalını azaldır. Həmin bioloji hormon orqanizmi yuxu barədə xəbərdar edir. Telefondakı ekran işığı isə beyinə ötürdüyü siqnallar vasitəsilə yuxu hormonunun miqdarını azaldır. Texnoloji avadanlıqların zərərlərindən qorunmaq üçün gecələr ondan istifadəni azaltmaq daha düzgündür.
Tehsil-press.az