Mütəxəssislər yuxunun optimal vaxtını müəyyən edib

Mütəxəssislər yuxunun optimal vaxtını müəyyən edib Avropa Kardiologiya cəmiyyətinin mütəxəssisləri sağlamlıq üçün optimal olan yuxu vaxtını müəyyən edib.
Araşdırma müəllifi doktor Epayminondas Fontas qeyd edib ki, yuxunun ürək-damar sisteminə təsiri barədə hazırda tibbdə az məlumat var.
Araşdırma nəticəsində alimlər yuxunun davamiyyəti ilə ürək-damar xəstəliklərinin yaranması arasında əlaqəni tədqiq edib. Daha əvvəl ürəklə bağlı problemi olmayan milyona yaxın yaşlı insanın məlumatları təhlil edilib. Müayinə edilmiş pasiyentlər üç qrupa bölünüb: birinci qrupda – sutkada 8 saatdan çox yatan, ikinci qrupda – 6 saatdan az yatan, üçüncü qrupda isə 6-8 saat arası yatanlar.
Araşdırma nəticəsində alimlər müəyyən edib ki, sutkada 6 saatdan az yuxu ürəyin işemik xəsətəliyi və insultun yaranması riskini 11% çoxaldır, 8 saatdan çox yuxu isə 33% artırır.
Beləliklə, az yatma və çox yatma orta müşahidə dövründə ürək xəstəliklərindən və insultdan olan ölüm hadisələri riskini ayrı dərəcədə artırır.
Fontas qeyd edib ki, yuxu araları sağlamlığa çətin ki ciddi təsir etsin. Ancaq araşdırma nəticələrinə əsasən, çox yatmadan qaçınmaq lazımdır.
“Düzgün yuxu sağlam həyat tərzinin vacib hissəsidir”,- alim bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər